Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Azərbaycanın 23 yaşadək minfitbolçulardan ibarət millisi Xorvatiyada keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Sport24.az xəbər verir ki, komanda bu gün Slovakiya yığması ilə qarşılaşıb.
Oyun millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da millimiz pley-offa vəsiqəni rəsmiləşdirib.
Qeyd edək ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.