U 23 millimiz qələbə qazandı Yenilənib

15.10.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol yığması Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, komanda Slovakiya millisi ilə üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.

***

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol yığmamız Slovakiya millisi ilə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb.

Beləliklə, milli komanda pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью