U13 millimiz Ankarada təlim məşq toplanışı keçirib

17.11.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Azərbaycanın 13 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında iştirak edib.

Apasport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi noyabrın 9–15-i aralığında baş tutub.

Toplanış zamanı "Türk Telekom", "Çaba Akademi", "Vamos", "Etimesqut", ODTÜ və "Çankaya Universiteti" komandaları ilə yoxlama oyunlarına çıxan milli bunların 5-dən qələbə ilə ayrılıb.

Qeyd edək ki, U-13 yığması 2028-ci ildən beynəlxalq yarışlarda mübarizə aparacaq.

Yığma komandamız Monteneqronu qəbul edəcək “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi" “Naxçıvan”ın baş məşqçisi: “Yerli oyunçularımız yaxşı çıxış etdilər” ABL: “Naxçıvan” “Sumqayıt”a qalib gəlib NBA: "Kavalyers” evdə məğlub oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью