U17 dünya çempionatı: Daha bir idmançımızdan 9:0 hesablı qələbə

28.07.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az-ın məlumatına görə, o, ilk görüşdə Kuanışbek Jangajolla (Qazaxıstan) qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin tam üstünlüyü ilə başa çatıb - 9:0.

Qeyd edək ki, daha əvvəl Əli Cavadlı (48 kq, 9:0) və Elmir Çərkəzov (60 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Zöhrab Səfərov (92 kq) isə ukraynalı rəqibi ilə bacarmayıb.

Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью