U17 millimiz Rumıniya ilə heçheçə etdi

19.11.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

QOL.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Buftya şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

U-17 millimiz daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə məğlub olub.

Qrupun digər matçında isə Yunanıstan və Macarıstan milliləri üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib - 2:2.

Bu nəticədən sonra.Azərbaycan millisi qrupda 1 xalla sonuncu yerdədir. 

19 noyabr

Avro-2025-in seçmə mərhələsi

14:00. Azərbaycan (U-17) - Rumıniya (U-17) - 1:1

Qollar: Rares Koman, 40 (0:1), Əlibəy Mahmudov, 82 (1:1)

Rumıniya Milli Futbol Mərkəzinin stadionu

14:00.Yunanıstan (U-17) - Macarıstan (U-17) - 2:2

Xallar: Yunanıstan - 7, Macarıstan - 5, Rumıniya - 2, Azərbaycan - 1.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью