U17 millimizin AÇnin seçmə mərhələsindəki rəqibləri məlum oldu

05.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 9-cu qrupda Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Matçlar 2025-ci il iyulun 1-dən noyabrın 18-dək keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью