U17 millimizin də rəqibiləri müəyyənləşdi

05.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 9-cu qrupda Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Matçlar 2025-ci il iyulun 1-dən noyabrın 18-dək keçiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanın U-19 millisinin də Avropa çempionatlndakı rəqibləri bəlli olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью