U17 yığmamız seçmə mərhələdə üçüncü oyununu keçirəcək | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək."Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gələcək.Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb.
Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu