U19 millimiz Avro2025in seçmə mərhələsinə məğlubiyyətlə başladı

13.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gəlib. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan qarşılaşmanı şotlandiyalı hakimlər idarə edib. Matçda İslandiya 2:0 hesabı ilə qalib gəlib.

Tomas Yohannessen 26 və 89-cu dəqiqələrdə fərqlənərək dubl edib.

Qrupun digər matçında isə İrlandiya Moldovanı qəbul edir. Bu oyun Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

13 noyabr

14:00. Azərbaycan (U-19) – İslandiya (U-19) - 0:2

Qollar: Tomas Yohannessen, 26, 89

Baş hakim: David Dickinson (Şotlandiya)

Kişinyov, "Zimbru-2" stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью