U19 millimizin rəqibləri müəyyənləşdi

06.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью