U19 yığmamız qitə birinciliyinin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

13.11.2024

Cbcsport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv İslandiya ilə üz-üzə gəlib.

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:0.

Qeyd edək ki, U-19 noyabrın 16-da İrlandiya, bundan üç gün sonra isə meydan sahibləri ilə görüşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью