Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U23 dünya çempionatı start götürüb.
Dünən ilk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib.
Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib.
Ziya yarımfinalda türkiyəli Servet Angidən də güclü olub – 2:1. Babaşov bu gün finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşacaq.
Davud Məmmədov (77 kq) debütdə macarıstanlı Levente Levaya 0:5 hesabıyla məğlub olub.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabıyla uduzub.
Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.