U23 güləşçimizin 3 Dünya bürüncü

16.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Las Veqas şəhərində güləş üzrə U23 Dünya çempionatı davam edir.

Üçüncü yarış günündə mübarizəyə qoşulan qadın güləşçilərimizdən Gültəkin Şirinova (55 kq) 1/8 finalda özbəkistanlı Ulmeken Yesenbayeva “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) Dünya çempionatına yaponiyalı Natsuki Yamaquçi üzərində inamlı qələbəylə başlayıb – 7:1. Həmyerlimiz daha sonra türkiyəli Sevim Akbaşa tam üstünlüklə (10:0) qalib gəlib. Günay yarımfinalda argentinalı Kamila Amarillaya heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən Qurbanova finalda ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.

Yunan-Roma güləşçilərimizdən Ayxan Cavadov (63 kq), Orxan Hacıyev (87 kq) və Məzaim Mərdanov (130 kq) təsəlliverici görüşlərdə məğlub olublar. Yalnız Ruslan Nurullayev

(77 kq) bürünc medal uğrunda qarşılaşmada ukraynalı İrfan Mirzoyevi üstələyib – 3:1. Bu, Ruslanın U23 Dünya çempionatlarında 3-cü bürünc medalı olub.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью