Uaynhausun ikonik ayaqqabıları türk kolleksionerin arxivində

29.01.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Tanınmış ingilis müğənni Emi Uaynhausa məxsus, üzərində qan izləri olan ikonik balet puantları hazırda türk kolleksioner Özgür Çiftin şəxsi arxivində saxlanılır.

Kulis.az xəbər verir ki, Los-Ancelesdə keçirilən hərracda 3 min 900 dollara satılan bu pabuçlara beynəlxalq kolleksionerlər tərəfindən yarım milyon funt sterlinqədək təkliflər edilib.

Əşyaların Uaynhausun 2007-ci ildə həyat yoldaşı ilə yaşadığı qalmaqallı dövrə aid olduğu və məşhur fotolarla üst-üstə düşdüyü bildirilir.

Sözügedən puantlar sənətçinin ölümündən sonra açılan məhkəmə işində də sübut kimi yer alıb.

Qeyd edək ki, kolleksioner bildirib ki, məqsədi bu nadir əşyaları satmaq yox, sərgilər vasitəsilə ictimaiyyətə təqdim etməkdir.

Haldun Dormen süni tənəffüs aparatına qoşuldu Sevgilimlə iki söz arasında... - Əli Kərim "Avatar"ın ulduzu ən çox gəlir gətirən aktrisa oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью