UAZ məşhur modelin istehsalını bərpa etdi

01.10.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ulyanovsk Avtomobil Zavodu (UAZ) may ayında istehsalını dayandırdığı “Hunter” modelini yenidən konveyerə qaytarıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müvəqqəti dayanma konveyerin yenilənməsi ilə bağlı olub.

Avtomobil 2,7 litrlik benzin mühərriklə istehsal edilir və bazarda tələbat sabitdir. İstehsalın dayandırılması və ya ciddi modernləşdirmə nəzərdə tutulmayıb.
Rus saytlarının məlumatına görə, bu model 2024-cü ildə ayda təxminən 50 ədəd istehsal edilib.
Qeyd edək ki, UAZ-469-un yenilənmiş versiyası olan Hunter 2003-cü ildən istehsal olunur.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью