Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya bazarında 2025-ci ildə 19 800 ədəd təzə UAZ satılıb. Bu da 2024-cü illə müqayisədə 36 faiz azdır.
Avtosfer.az xəbər verir ki, statistikanı Avtostat yayıb. Bildirilir ki, ötən il federasiyada 7600 ədəd UAZ SQR (köhnə model yük avtomobili), 6100 ədəd “Patriot”, 3300 ədəd “Profi” və 2500 ədəd pikap satılıb. Klassik “Hunter” modeli isə il ərzində cəmi 300-ün rusun marağını cəlb edib. İl ərzində cəmi 1159 avtomobil ixrac edilib ki, bu da illik müqayisədə 24 faiz azdır. Zavodun ixrac istiqamətləri arasında Azərbaycan da yer alır.
Ordunun ehtiyacları üçün alınmış avtomobillər barədə statistika yoxdur.
Buradan belə bir sual doğur: 10 min işçisi olan zavod 20 mindən az avtomobil satırsa, öz xərclərini necə maliyyələşdirir? Yaxud, 80 ildən çox yaşı olan zavodun bu qədər aşağı həcmdə istehsalına səbəb nədir? Nəzərə alaq ki, 70-80-ci illərdə UAZ-ın istehsal gücü ildə 90 min avtomobil idi. Bunun əsas hissəsi ordunun ehtiyaclarına sərf olunurdu.
Vüqar
Oxunub 52