UAZ yeni pikapların istehsalına başlayır FOTO

28.02.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

2025-ci ilin ortalarında Ulyanovsk Avtomobil Zavodunda (UAZ) yeni “Sollers” pikaplarının istehsalına başlanılacaq. 
Avtosfer.az xəbər verir ki, bu barədə UAZ-ın baş direktoru Aleksey Spirin məlumat verib.
Onun sözlərinə görə, bu yay “Sollers” markalı pikap - ST9 modelinin istehsal olunacaq:
“Avtomobil istehsalı kuzovların rənglənməsi və qaynaqlanması da daxil olmaqla tam şəkildə həyata keçiriləcək”.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью