Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransanın Sosial Ödənişlər və Ailə Yardımlarının Təminatı İttifaqı (URSAAF) “Uber” taksi xidmətindən 1,7 milyard avro tələb edir.
Avtosfer.az xəbər verir ki, ittifaqın müfəttişləri 70 mindən çox sürücünün əmək müqavilələrini araşdırıb.
“Figaro”nun məlumatına görə, sürücülərlə əmək müqaviləsi deyil, mülki müqavilə imzalanıb. Bununla da tərəflər arasında tabelilik münasibətinin olmaması görüntüsü yaradılıb.
Halbuki, “Uber” rəhbərliyi ilə sürücülər arasında subordinasiya mövcud olub. Mülki müqavilədə məqsəd işəgötürənin hüquqi öhdəliklərindən yayınmaqdır. Eyni zamanda büdcəyə də ödənilən vəsait ciddi şəkildə azalıb.
Buna görə URSAAF taksi şirkətindən 1,7 milyard avro (3,5 milyard manat) tutulmasını tələb edir.
Qeyd edək ki, bu, Fransada “Uber”lə bağlı ilk qalmaqal deyil.
Daha ətraflı aşağıdakı linkdə:
Vüqar
Oxunub 212