“Uber”də minimal məbləğ 4 AZN, Bolt”da isə 3,50 AZN oldu

30.08.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırdığı deyilir.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilib ki, "Uber" şirkətində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 4, "Bolt" şirkəti üçün isə 3,50 AZN olub.

Qeyd edək ki, daha əvvəl ən yaxın ünvana minimum gediş haqqı 2,50 AZN təşkil edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью