UBS Çin iqtisadiyyatının 4 faiz artacağını proqnozlaşdırır

13.05.2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

"UBS" Çin iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırır.

Banco.az xəbər verir ki, “UBS” İnvestisiya Bankının Asiya İqtisadiyyatı üzrə rəhbəri və baş Çin iqtisadçısı Tao Vanq bildirib ki, Çinin ÜDM (ümumi daxili məhsul) artımının 2025-ci ildə ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi son gömrük rüsumu dərəcələrindən və əlavə daxili siyasət təşviqlərinin miqyasından asılı olaraq 3,7%–4% səviyyəsinə çatacağı proqnozlaşdırılır.

ABŞ–Çin ticarət gərginliyinin son dövrlərdə azalması 2025-ci ildə əlavə maliyyə təşviqlərinin potensial miqyasını azalda bilər. Davam edən deflyasiya təzyiqləri və yüksək qeyri-müəyyənlik şəraitində 2025-ci ildə Çin Mərkəzi Bankının faiz dərəcələrini 20–30 baza bəndi qədər endirəcəyi gözlənilir. Hökumət isə daşınmaz əmlak ehtiyatlarının (stoklarının) azaldılmasını daha da stimullaşdıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью