UBS qızılın qiymətində artım proqnozlaşdırır

02.02.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl qiymətlərində son günlərdə 13 ilin ən sürətli enişi qeydə alınıb. 

Banco.az xəbər verir ki, bununla belə, yanvar ayında qızıl hələ də 13 faiz dəyər qazanıb. “UBS” bu il Fed tərəfindən iki faiz endiriminin gözlənildiyini bildirərək, mərkəzi bankın pul siyasətində istiqamət dəyişikliyi proqnozlaşdırılmadığını qeyd edib.

“UBS” qızıl qiymətlərindəki son geriləməyə baxmayaraq, “Dünya Qızıl Şurası”nın güclü tələbatla bağlı hesabatından sonra qiymət gözləntilərini yüksəltdiyini açıqlayıb. Bank yaxın günlərdə qızıl qiymətlərinin 4 500–4 800 dollar/unsiya aralığında sabitləşəcəyinin gözlənildiyini, ilin ortalarında isə 6 200 dollara doğru yüksəlişin mümkün olduğunu bildirib.

“UBS” son hesabatında qeyd edib:

“Yaxın günlərdə qiymətlərin, fundamental amillər yenidən daha həlledici rol oynamağa başlayana qədər 4 500–4 800 dollar/unsiya səviyyəsində sabit qalacağını proqnozlaşdırırıq. Son dövrdə ABŞ-da real faiz dərəcələrinin azalması və geosiyasi qeyri-müəyyənliyin davam etməsi fonunda mərkəzi bankların güclü alışları, ETF-lərə artan vəsait axını, eləcə də külçə və qızıl sikkələrə daha yüksək tələbat gözləntiləri nəzərə alınaraq 2026-cı il üçün tələbat proqnozlarımızı artırmışıq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью