ÜÇ AĞDAMLI GƏNC DÜNYA ÇEMPİONU OLDU

23.12.2024

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabr ayının 5-8 tarixində Gürcüstan Respublikasının  Kutaisi şəhərində Alpaqut türk döyüş sənəti üzrə Dünya Kuboku  uğrunda yarış keçirilmişdi. 

Ağdamın Alpaqut türk döyüş  sənəti idmançıları bu beynəlxalq yarışda iştirak etmişdilər. Məşqçi Kənan Quliyevin rəhbərliyi altında yarışda  iştirak edən Ağdam idmançıları uğurla  çıxış edərək çempion olmuşdular. 

Çempionları  sizə təqdim edirik: Qənbər Ağayev, Rəşad Quluzadə, Fərid Sarıyev.

Millət vəkili Aqil Abbas Quzanlı qəsəbəsində çempionlarla görüşmüş, problemləri ilə maraqlanmış və qarşıdakı yarışlarda onlara uğurlar arzulamışdır.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью