Üç aparıcı klub Rafinya ilə maraqlanır

12.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Üç aparıcı Avropa klubu "Barselona"nın futbolçusu Rafinyanı heyətinə qatmaq istəyir.

İdman.Biz "El Nacional"a istinadən xəbər verir ki, PSJ, "Arsenal" və "Çelsi" 29 yaşlı braziliyalı futbolçunun transferini nəzərdən keçirir.

Bildirilir ki, Parislilərin baş məşqçisi Luis Enrike Rafinyanın oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onu komandasına qatmaq istəyir. İngilis klubları da öz növbəsində oyunçuya "Barselona"dakı hazırkı maaşının ikiqatını təklif etməyə hazırdırlar.

Rafinyanın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Əvvəllər futbolçunun nümayəndələrinə gələcəyini aydınlaşdırmaq üçün "Barselona" rəhbərliyi ilə danışıqlar aparmağı xahiş etdiyi bildirilirdi.

Eyni zamanda, braziliyalı özü Kataloniya klubundakı mövqeyindən məmnundur və hələlik ayrılmaq istəyini bildirməyib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью