Üç at oğurluğuna 2 il cəza ALDILAR

26.04.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Goranboyda 3 at oğurlayan qohumlara cəza verilib.

Modern.az-ın məlumatına görə, onlar Goranboy rayonu Borsunlu kəndində açıq sahəyə bağlanan və ümumi dəyəri 1800 manat olan 3 rəst atı oğurlayıblar.

Atı oğurlamaqda ittiham edilən şəxslər qohumdurlar. Zərərçəkmiş şəxs məhkəmədə ziyanın ödənildiyini bildirib və onlara yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Bərdə sakinlərinə 2 il ev həbsi verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью