Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sevilya" və Argentina milli komandasının keçmiş yarımmüdafiəçisi Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını bitirdiyini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, argentinalı, Argentina Streamers həvəskar komandasında oynadığı Copa Potrero turniri zamanı ESPN-ə verdiyi müsahibədə qərardan danışdı
Hətta bir gün əvvəl futbolçu hələ gələcəyi ilə bağlı tam qərar verməmişdi, amma başqa bir oyundan sonra nəhayət peşəkar futbolla vidalaşmaq qərarına gəlib.
"Artıq karyeraımı başa vurduğumu 100 faiz təsdiqləyə bilərəm. Dünən 80/20 olduğunu dedim, amma bu gün oyundan sonra başa düşdüm: bu artıq mənim üçün deyil. Başqa şeylərdən zövq almalıyam; həyatımda yeni bir mərhələ başlayır. İndi futbolu uzaqdan izləyəcəyəm", - Baneqa bildirib.
Argentinalı həmçinin etiraf edib ki, Lionel Messi Amerikanın "İnter Mayami" klubuna keçməyi təklif etsə belə, fikrini dəyişməyəcək.
"Mən ona yox deyərdim. Qərar artıq verilib", - keçmiş yarımmüdafiəçi vurğulayıb.
Məlum olduğu kimi, Baneqanın peşəkar karyerası 2007-ci ildə Argentinanın "Boka Xuniors" komandasında başlayıb. Növbəti il o, İspaniyanın "Valensiya" klubu ilə müqavilə imzalayaraq Avropaya köçüb və orada Kral Kubokunu qazanıb.
Karyerası ərzində o, həmçinin "Atletiko", "İnter", "Nyuells Old Boyz" və Səudiyyə Ərəbistanının "Əl-Şəbab" komandalarında da oynayıb. Lakin, azarkeşlər arasında ən böyük tanınmaya "Sevilya"dakı çıxışları səbəb olub.
Əndəlüslülərlə birlikdə Baneqa üç dəfə - 2015, 2016 və 2020-ci illərdə Avropa Liqasının qalibi olub.
Argentinalı son peşəkar oyununu 2026-cı ilin may ayında “Defensa” və “Xustisiya” komandasında keçirib.
Beynəlxalq miqyasda Baneqa Argentina milli komandasında 62 oyun keçirib, altı qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun milli komandadakı ən böyük uğuru 2008-ci ildə Pekində Olimpiya qızıl medalını qazanması olub.