Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Son dövrlərdə Azərbaycanda ət bazarı ilə bağlı diqqət çəkən rəqəmlər açıqlanıb. Rəsmi məlumatlara görə, cəmi üç ay ərzində ölkəyə milyonlarla manat dəyərində ət idxal edilib. Bu göstərici daxili istehsalın yetərli olub-olmaması ilə bağlı sualları yenidən gündəmə gətirir. Eyni zamanda, idxalın həcmi qiymətlərə və bazardakı ümumi vəziyyətə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, ət həm sənaye məqsədilə həm də fərdi şəxslər tərəfindən istehlak üçün alına bilər:
"Bu qədər ətin ölkəyə gəlməsi təsadüfi deyil. Azərbaycanlılar ümumdünya göstəricisi ilə müqayisədə ət istehlakında təxminən 50 faiz az ət istehlak edir. Çünki ətə əlçatanlıq getdikcə azalır, buna görə də istehlak hələ də aşağıdır. Yerli ət istehsalını artırmaq üçün yeni təşəbbüslər mövcuddur. Çox yaxşı haldır ki, supermarket şəbəkələri birbaşa fərdi təsərrüfatlarla əlaqəyə girir. "Araz" market fərdi təsərrüfatlarla birbaşa əlaqə qurur, bazarın üçüncü subyekti olan alverçi aradan çıxır. Özləri fərdi təsərrüfatlara gedirlər, heyvanı seçirlər, kəsirlər və market şəbəkəsində satırlar".
Ekspert deyib ki, arzu edərdik ki, digər market şəbəkələri də bu cür birbaşa kəndli təsərrüfatları ilə əlaqə qursun və bu, qiymətlərin azalmasına gətirib çıxarsın:
"Eləcə də kəndli və fərdi təsərrüfatlar inkişaf edə bilsin. Çünki heyvanı bazara çıxararkən alverçidən yaxa qurtarmaq mümkün olmur və nəticədə onun əlavə etdiyi xərclər qiymətə təsir edir. Bu isə artıq aradan qalxmış olur və müsbət hal hesab edilir.
Belə olan halda yerli təsərrüfatlar inkişaf edəcək və Azərbaycanın xarici ət bazarından asılılığı xeyli azala bilər. Üstəlik, əgər işğaldan azad olunmuş torpaqlarda böyük meqa fermalar formalaşarsa, hesab edirik ki, yaxın 8 il ərzində Azərbaycan özünü tam şəkildə ətlə təmin edə biləcək",- deyə o qeyd edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin son statistikası göstərir ki, ölkənin qida idxalında ət məhsulları mühüm yer tutur. Cari ilin ilk üç ayında ölkəyə 12 min 299 ton ət gətirilib. Gətirilən məhsulun ümumi dəyəri 28 milyon 630 min ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu göstəricilər keçən ilin eyni ayları ilə müqayisədə həm çəki, həm də maliyyə xərcləri baxımından yüksəlib. Belə ki, idxal edilən ətin həcmi 410 ton, ona xərclənən vəsait isə 3 milyon 805 min dollar artıb.
Ümumi mənzərəyə baxdıqda, ət idxalına ayrılan vəsait Azərbaycanın cəmi idxal xərclərinin 0,7 faizini əhatə edir. Yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 407 milyon dollar təşkil edib. Bu rəqəm ötən illə müqayisədə ticarət əlaqələrində 21,9 faizlik azalma olduğunu göstərir.
İxrac və idxal əməliyyatlarında da geriləmə müşahidə olunur. İxracın həcmi 5 milyard 402 milyon dollar, idxal isə 4 milyard 5 milyon dollar olub. Bir il əvvəlki dövrlə müqayisədə ixrac 15,4 faiz, idxal isə 29,3 faiz aşağı düşüb. Lakin bütün bunlara baxmayaraq, xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət fərq yaranıb ki, bu da illik müqayisədə 93,4 faiz artım deməkdir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, ət həm sənaye məqsədilə həm də fərdi şəxslər tərəfindən istehlak üçün alına bilər: