Idman.biz saytına istinadən Icma.az xəbər verir. AFFA-nın İntizam Komitəsi üç komandanın baş məşqçisini cəzalandırıb.
İdman.biz xəbər verir ki, “Metak”ın çalışdırıcısı Mehman Səfərov U-15 Liqasının “Turan Tovuz”la ev görüşündə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb.
AFFA məşqçiyə 5 oyunluq cəza verib. “Səbail”in baş məşqçisi Etibar Həsənovun da cəzası eyni olub.
O, U-13 Qızlar liqasının “Şəfa” ilə matçında təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbilə qırmızı vərəqə aldığı üçün bu cəzaya layiq görülüb.
I Liqada çıxış edən “Qaradağ Lökbatan”ın çalışdırıcısı Fərid Məmmədov isə 1 matçlıq diskvalifikasiya edilib.
O, “Cəbrayıl”la qarşılaşmada ikinci sarıdan qırmızı vərəqə alıb və klubunu 100 manat xərcə salıb.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.