Üç boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib FOTO

21.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycanın boks millisinin daha üç idmançısı 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti görüşdə İştvan Szaka (Macarıstan) ilə qarşılaşacaq.

Malik Həsənov (65 kq) da adını 1/4 finala yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Rumen Rumenovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Boksçu ilk raundda tam üstünlüklə qələbə qazanıb. Həsənov üçüncü görüşündə Elvin Əliyevlə (Ukrayna) gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) də yarışa uğurla başlayıb. Dünya Kubokunun sahibi 1/8 finalda Nikolay Burdiujaya (Moldova) qalib gəlib. Abdullayev rəqibini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, 1/4 finalda Omar Şiha (Norveç) ilə qüvvəsini sınayacaq.

Hər üç görüş sentyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, sentyabrın 25-də yekun vurulacaq yarışda daha öncə iki boksçumuz adını 1/4 finala yazdırıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью