Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 30-da ölkənin bəzi rayonlarında qaz kəsiləcək.
Bu barədə Bizim.Media-ya "Azəriqaz"dan məlumat verilib.
Məlumata görə, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:30-dan işlər yekunlaşanadək Qazax rayonunun Kosalar kəndinin, Şəmkir rayonunun Dəllər Cəyir kəndinin və Tovuz rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media