Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

11.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Üç müxtəlif çəki dərəcəsində dünya çempionu olmuş, Beynəlxalq Boks Şöhrət Zalının üzvü, Puerto-Rikodan olan əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat edib.

Bakıvaxtı.az bu barədə "The Ring" jurnalına istinadən xəbər verir.

Boksçunun ölüm səbəbi açıqlanmayıb. Oktyabrın 29-da onun 70 yaşı tamam olacaqdı.

Vilfredo Qomes peşəkar rinqdə 48 döyüş keçirib. O, bu döyüşlərin 44-də qələbə qazanıb, bunlardan 42-si nokautla başa çatıb. Boksçu üç dəfə məğlub olub, bir döyüşü isə heç-heçə ilə yekunlaşdırıb.

Qomes 1977-1983-cü illərdə ikinci ən yüngül çəki dərəcəsində, 1984-cü ildə yarımorta çəki dərəcəsində Ümumdünya Boks Şurasının (WBC), 1985-1986-cı illərdə isə ikinci yarımyüngül çəki dərəcəsində Ümumdünya Boks Assosiasiyasının (WBA) çempionluq kəmərinə sahib olub.

O, 1989-cu ildə peşəkar karyerasını başa vurub, 1995-ci ildə isə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью