Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini Son zamanlar Almaniyanın Cənubi Qafqazda səyləri artıb.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu yaxınlarda Ermənistana və Azərbaycana əlamətdar anlarla yadda qalan səfəri buna sübutdur.
Ştaynmayerin İrəvana səfəri Avropa İttifaqının (Aİ) Ermənistanla əlaqələri gücləndirmək niyyətində olduğunu göstərir.
İrəvanın Moskva ilə son “flörtləri” Brüsseli açıq-aşkar qorxudub və Ştaynmayerin səfəri Ermənistan hakimiyyətini Aİ-nin davamlı dəstəyinə əmin etmək məqsədi daşıyıb.
Ermənistana dəstək verməkdə davam etmək üçün isə, məlum şəraitə görə, Almaniya Azərbaycana hücumlar etməlidir.
Ştaynmayerin Qarabağla bağlı rəsmi “Instagram” səhifəsində separatçıların “bayrağı”nın fotoşəkili ilə müşayiət olunan qalmaqallı paylaşımı bununla izah olunur.
Bununla əlaqədar Almaniyanın səfiri Ralf Hörlemann Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib.