Üç dəfə insult keçirən vəkilin son vəziyyəti

23.12.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddət bundan öncə insult keçirən tanınmış vəkil Əsabəli Mustafayevin səhhəti normallaşıb.

Axar.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü danışıb.

Vəkil deyib ki, artıq nitqi bərpa olunub:

"Əvvəl zəng edəndə telefonumu həyat yoldaşım götürüb, səhhətimlə bağlı məlumat verərdi. Şükürlər olsun Allaha, indi özüm götürürəm. Niqtim düzəlir, müalacə davam edir".

Əsabəli Mustafayev hələ işə çıxmadığını vurğulayıb:

"Evdəyəm, dostlar zəng edir, hal-əhval tutur. Amma görüşə bilmirik".

Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью