Üç dövlətin yaratdığı güc xalqların milli maraqlarına xidmət edir ŞƏRH | Icma.az
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra sabit siyasi sistemi və inkişaf edən iqtisadiyyatı ilə dünya ölkələrinin diqqət mərkəzindədir.
Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yeni reallıq yaratması və siyasi iradə nümayiş etdirdiyi danılmaz faktdır.Mövzu ilə bağlı deputat Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, düşmən üzərində tarixi qələbə Azərbaycan xalqının ən böyük nailiyyətidir.Onun sözlərinə görə, suverenliyimizin tam təmin olunması və müstəqilliyimizin qorunması dövlətin ali məqsədidir.
Azərbaycan prezidenti o amal uğrunda böyük siyasət və müdriklik nümayiş etdirir:"Əlbəttə ki, tarixi qələbə yeni reallıqlar ortaya qoyub və ölkə rəhbəri dəfələrlə bunu xatırladıb.
Ölkə baçısı bildirib ki, bundan sonra biz yeni reallıqlarla uyğun olaraq öz işimizi qurmalı, təhlükəsizliyimizi təmin etməli, ordumuzu gücləndirməli, işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərini davam etdirməliyik.
Bu, günün tələbidir. Çünki Azərbaycan torpaqları 30 ildən çox düşmən tapdağı altında qaldı.
Şəhər və kəndlərimiz dağıdıldı, mədəni abidələrimiz məhv edildi, meşələr qırıldı, göllər zəhərləndi.
Nəticədə düşmən Azərbaycan iqtisadiyyatına külli miqdarda ziyan vurdu”.Deputat vurğulayıb ki, yeni reallıqlar zəminində həm ordunu gücləndirmək, həm təhlükəsizliyimizi təmin etmək, həm də davamlı iqtisadi inkişafa nail olaraq işğaldan azad olunmuş torpaqlarda işlər həyata keçirmək lazımdır.
Tam oxu
Xəbəri oxu