GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifə fəaliyyətinə başlamadan müxtəlif dövlətlərə qarşı ərazi iddiaları səsləndirməsi böyük narahatlıq yaradıb.
Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini deyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb.
Yeni prezident Ağ Evə rəhbərlik etdiyi ilk dönəmdə də Qrenlandiya ilə bağlı niyyətini açıqlamışdı.
Hətta bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Onun yeni hədəflərindən biri də Panamadır.
ABŞ-ın səs-küylü yeni lideri gələcək 4 illik fəaliyyətinə ştatların sayını “artıracaqmı”?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Trampın Danimarka, Panama və Kanada ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir: “Əslində bu, beynəlxalq hüquqazidd mövqedir.
ABŞ kimi bir ölkənin prezidentinin belə bir iddia ilə çıxış etməsi onu deməyə əsas verir ki, beynəlxalq hüquq anlayışında ciddi dəyişikliklər olacaq.