Üç futbolçu Mançester Yunayted dən ayrıldı Rəsmi

26.05.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Mançester Yunayted” üç futbolçu ilə yollarını ayırıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər Viktor Lindelyof, Conni Evans və yarımmüdafiəçi Kristian Eriksenlə başa çatan müqavilə uzadılmayıb.

Hər 3 oyunçu ötən gün İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Aston Villa” ilə matçda (2:0) komandanın heyətində sonuncu oyunda meydana çıxıblar. Erksen “qırmızı şeytanlar”ın 2-ci qolunun müəllifi olub.

Qeyd edək ki, Lindelyof 2017-ci, Eriksen 2022-ci, Evans isə 2023-dü ildən "Mançester YUnayted"də çıxış edirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью