Üç futbolçu millinin heyətindən uzaqlaşdırıldı

17.11.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.

Əhmədzadə baş məşqçi Fernandu Santuşun qərarı ilə İsveçə aparılmayıb.

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью