Üç güləşçimiz DÇ də medal görüşünə çıxacaq

28.07.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 3 yunan - Roma güləşçisi Bakıda təşkil olunan U-17 dünya çempionatında bu gün medallar uğrunda görüşlərə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, dünən yarımfinalda uduzan Ömər Salmanovla (48 kq) Orxan Həbibli (65 kq) bürünc medal qazanmaq üçün mübarizə aparacaqlar.

İsfahan Həsənov (80 kq) isə mundialın qızıl medalına yiyələnmək şansına malikdir. O, finalda iranlı Alireza Rezayi ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью