Üç gün əvvəl qəzaya düşən şəxs ÖLDÜ

16.01.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəkidə üç gün əvvəl qəzaya düşən şəxs ölüb.

Oxu.Az-ın məlumatına görə, yanvarın 13-də rayonun Çayqaraqoyunlu kəndi ərazisində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью