Üç gün öncə itkin düşən qadın meşədə asılmış halda tapıldı

14.01.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Qusarda meşə sahəsindən 3 gün əvvəl itkin düşmüş Nigar Şabanovanın meyiti tapılıb.

Bakupost.az xəbər verir ki, 1987-ci il təvəllüdlü N.Şabanovanın özünü ağacdan asaraq intihar etdiyi məlum olub.

Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həkimlik edən Elşən Şabanovun həyat yoldaşıdır. O, ərinin yanında çalışırmış

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Fotoda Elşən Şabanov




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью