Üç hakim Bakı Hərbi Məhkəməsinə göndərilib

29.11.2024

Icma.az bildirir, Mia.az portalına istinadən.

Bakı Hərbi Məhkəməsinə iş yükünün çox olması səbəbindən üç hakim ezam olunub.

Mia.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu gündən onların icraatına cinayət işləri veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью