Üç il ərzində 8 minə yaxın müəllim işdən çıxarılıb RƏSMİ

20.11.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2022-2025-ci illər aralığından sertifikasiya imtahanlarından uğur qazana bilməyən 8 minə yaxın müəllim vəzifəsindən azad olunub".

Milli.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olarkən deyib.

O, bildirib ki, 2022-2025-ci illərdə təşkil olunmuş sertifikasiya imtahanlarında 80 mindən çox müəllim iştirak edib:

"Uğur qazanmış 50 min müəllimin əməkhaqqısına 10 %, 24 min müəllimin maaşına isə 35 % əlavələr olunub. 8 minə yaxın müəllim isə sertifikasiya imtahanında uğur qazana bilmədiyi üçün vəzifəsindən azad olunub. Bu da təxminən 9 % müəllimin işdən azad olunması deməkdir. Başqa sözlə, müəllimlərin 10 nəfərdən 9-nun maaşlarında artım olub".

Nazir bildirib ki, müəllimin keyfiyyətinin artırılması Azərbaycan təhsilinin inkişafı deməkdir.

Həmçinin vurğulanıb ki, 2021-ci illə müqayisədə müəllimlərin ortaq aylıq maaşlarında artım var:

"Belə ki, bu rəqəm 2021-ci ildə 533 manat idisə, cari ildə 965 manat olub. Həmçinin qarşıdakı illərdə də artımlar olacaq".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью