Üç ildən sonra ilk dəfə...

02.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Sudanın paytaxtı Xartumun beynəlxalq hava limanı son üç ildə ilk dəfə olaraq sərnişin təyyarəsi qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RT” xəbər yayıb.

Bildirilib ki, “Sudan Airways” milli aviaşirkətinə məxsus sərnişin təyyarəsi Port Sudan şəhərindən Xartuma eniş edib. Uçuşda digər sərnişinlərlə yanaşı, Sudanın Baş naziri Kamil İdris də yer alıb.

Sudan Mülki Aviasiya İdarəsi bu reysi “tarixi hadisə” kimi qiymətləndirib. Qeyd olunub ki, Xartum hava limanı 2023-cü ilin aprelində ölkədə silahlı qarşıdurmaların başlanması səbəbindən fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində kəskinləşib. Ötən ilin may ayında hökumət qüvvələri paytaxt üzərində nəzarəti bərpa edib, yanvarın 11-də isə Baş nazir Kamil İdris hökumətin Xartuma qayıtdığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью