Üç ildən sonra Qəzzada çadırlarda təhsil bərpa olundu

19.09.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin hücumları səbəbindən üç ildir təhsildən uzaq qalan Qəzza zolağında təxminən 541 min şagird 2026-2027-ci tədris ili üçün məktəblərə çevrilmiş çadırlarda dərslərə başlayıb.

Turkustan.az xəbər verir ki, Fələstinli şagirdlər üç illik fasilədən sonra məhdud imkanlar şəraitində təhsilə qayıdıblar.

Qəzza zolağında təxminən 700 təhsil müəssisəsində üzbəüz dərslərin keçirildiyi, həmçinin bölgə daxilində və xaricində yaşayan şagirdlər üçün distant təhsilə başlanıldığı bildirilib.

Məktəb binalarının ciddi çatışmazlığı səbəbindən bəzi çadırlar sinif otaqlarına çevrilib. Bir sıra məktəb binalarından isə İsrailin hücumları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan ailələrin yerləşdirilməsi üçün sığınacaq kimi istifadə olunur.

Bu vəziyyət Qəzzada şagirdlər üçün normal və təhlükəsiz təhsil mühitinin yaradılmasını çətinləşdirir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью