“Üç ildi danışıqlar gedir, lakin nəticə yoxdu” “Şamaxı”nın baş meneceri

21.05.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şamaxı”nın liderlərindən biri Brahim Konate “Zirə”yə transfer olundu. Komandanı tərk edəcək növbəti futbolçu isə Leroy Mikelsdi.

“Football-plus.az” klubun maliyyə durumu, planları ilə bağlı bilgi almaq üçün idman direktoru Kamran İsmayılovla əlaqə saxlayıb:

“Bəzi futbolçuların müqaviləsinin müddəti bitir, bəzilərində davam edir. Sözsüz, saxlamaq istədiyimiz, müqavilə müddəti bitən futbolçulara yeni müqavilə təklif etmişik. Danışıqlar gedir. Danışıqlar bitəndən sonra klub tərəfindən rəsmi açıqlama veriləcək. Maliyyə vəziyyətimiz də sirr deyil. Hamı bilir ki, sponsorumuz yoxdu. Təəssüf ki, AFFA-dan klublara ayrılan vəsait də azalacaq. 500 min manat bizim üçün böyük məbləğdi. Bununla ayaqlaşmalıyıq, başqa çarəmiz yoxdu. Sponsor tapmaq üçün işlər görülür. Üç ildi danışıqlar gedir, lakin nəticə yoxdu. Nə yalan deyim, bu yaxınlarda da hansısa sponsorun olacağı gözlənilmir”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью