Üç İngilis klubu Real ın hücumçusunu istəyir

18.11.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Real" gənc hücumçusu Qonsalo Qarsiyanı Premyer Liqa klublarına satmağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Sunderland", "Aston Villa" və "Vulverhempton" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Kral klubu" forvardı 20 milyondan aşağı satmağı düşünmür.

Qeyd edək ki, Qarsiya cari mövsümdə "Real"ın heyətində bütün turnirlərində doqquz oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью