Üç israilli girov və bir Rusiya vətəndaşı azad olunub

15.02.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu və bir Rusiya vətəndaşı olan Aleksandr Trufanovu azad edib.

Ölkə.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

Onların ilkin tibbi müayinədən keçəcəyi qeyd olunub. Bundan əvvəl bir qrup girovun İsrail ordusunun nümayəndələrinə təhvil verildiyi bildirilirdi.

Xatırladaq ki, Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS yanvarın 19-dan etibarən 42 günlük atəşkəs haqqında razılığa gəlib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью