Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda kobud qayda pozuntuları törədən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 4-də, paytaxtın Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 90-ET-373 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü güzgüdən arxaya baxmadan qəfil qapını açıb. Bu zaman motosiklet sürücüsü qəza vəziyyəti ilə üz-üzə qalıb.
Videodan da aydın şəkildə görünür ki, o, bununla yanaşı həm avtobus dayanacağına 15 metrdən yaxın, həm də ikinci cərgədə parklanma edib.
özügedən videonu təqdim edirik.
Fərid