Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Qubanın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 18-də səhər saatlarında qeydə alınıb. Qəza zamanı “Hyundai”, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Toqquşmadan sonra “Hyundai” yoldan çıxaraq səkiyə qalxıb və divara çırpılıb.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb yolayrıcından keçmə qaydalarının pozulması olub. Qəza nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəti sözügedən ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verdiyini bildiriblər.
Nərmin