Üç maşın toqquşdu, qadın sıxılı vəziyyətdə qaldı Video

07.03.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakının Qara Qarayev prospektində baş verən qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Toyota Prius” markalı minik avtomobilində vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1994-cü il təvəllüdlü İslamzadə Nəzrin Faiq qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью