Üç maşına çırpılaraq ölən qadının FOTOSU

27.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Noyabrın 27-də saat 08 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, 3 maşına çırpılaraq ölən piyada Niyar Abdullayeva olub. "Opel" markalı avtomobilin vurduğu qadın əvvəlcə "Vaz 011"ə çırpılıb, daha sonra "Vaz 2106"nın altına düşərək dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью